Maraqlı
Şahzadənin 2500 illik məzarı tapıldı - FOTO
Fransada qədim keltlərin şahzadəsinin nəhəng məzarlığı aşkarlanıb. Alimlərin dediklərinə görə, 2500 il əvvəl dəfn edilmiş şahzadənin məzarının üzərindəki kurqan əsrin arxeoloji kəşflərindən biri sayıla bilər.
Eramızdan əvvəl 5-ci əsrdə dəfn olunmuş şahzadənin məzarı üzərindəki kurnanın hündürlüyü 40 metrdir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Fransanın Şampan bölgəsindəki Lavu şəhərinin kənarında yerləşən mərkəzində mavzoley olan kurkanda yunan və etrusk sivilizasiyalarına məxsus əşyalar az deyil.
Artıq aşkarlanmış tapıntılar arasında ən maraqlısı yunan mifologiyasında çayların tanrısı sayılan Ahellosun simasının əks olunduğu şərab qazanıdır.
Ahellosun saqqalı, buynuzları, öküz qulaqları və üç bığı var.
Fransanın Milli Arxeoloji Araşdırmalar İnstitutu ötən ilin sentyabrından bəri bu bölgədə araşdırmalar aparırdı.
2500 illik kurqanda hələlik 14 kvadrat metrlik ərazidə qazıntı işləri aparılıb.
Milli.Az