İqtisadiyyat
Sahibkarlar “Moskva Halal Expo 2015” beynəlxalq sərgisinə dəvət olunurlar
Bakı, 6 mart,
AZƏRTAC
Mayın 21-23-də Rusiya Federasiyasının paytaxtı Moskvada “Krokus-Ekspo” beynəlxalq sərgi mərkəzində 6-cı “Moskva Halal Expo 2015” adlı beynəlxalq sərgi təşkil ediləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)
AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
Tədbir haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Əlaqəli şəxs: Kirill Skogorev
Tel: +7 964 635 66 11
Email:
Moscow.halal@gmail.comVeb:
www.halalexpo.org