Ölkə
Mənbə
ANS PRESS
Şabranda balıqçı dənizdə boğuldu
Şabranda bədbəxt hadisə baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini dənizdə boğulub.
Martın 7-də Xəzər dənizinin Şabran rayonunun Güləmli kəndi istiqamətində kənd sakini Şakir Soltanov balıq tutarkən suya yıxılıb. O, suda boğulub.
Onun meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS