İqtisadiyyat

Saat 16:30-dan etibarən Mehdi Abbasov küçəsində nəqliyyatın hərəkəti tam dayandırılacaq

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Birinci Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsində təmir işləri davam etdirilir.


“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən

AZƏRTAC

-a verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq. Təmir işləri axşam saat 23-24 radələrində başa çatdırıldıqdan sonra bağlanan hissənin açılması gözlənilir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.