Ölkə

Rusiyada qətl törətdilər, Bakıda həbs edildilər

Metbuat.az

Rusiyada qətl törətməkdə təqsirləndirilən şəxslər Azərbaycanda həbs edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar Yusif Muradov və Nazlı Muradova tutulublar.