Dünya

Rusiyada həbsxanada saxlanılan Nadejda Savçenko aclığı qismən dayandıracaq

Metbuat.az

[ 05 Mart 2015 17:41 ]


Bakı – APA. Rusiyada həbsxanada saxlanılan ukraynalı pilot Nadejda Savçenko həkimlərin tövsiyələrinə əməl etməyə razılıq verib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidməti məlumat yayıb.

Konkret olaraq N. Savçenko toyuq bulyonu yeməyə razı olduğunu bildirib.

Qurum nümayəndələrinin sözlərinə görə, həkim nəzarətində olan ukraynalı pilot  müvafiq terapiya almaqdadır.