Ölkə

Rusiyada azərbaycanlı miqrant saxlandığı yerdən qaçdı

Metbuat.az

Rusiyada Azərbaycan və Gürcüstan vətəndaşları saxlandıqları təcridxanadan qaçıblar.


ANS PRESS-in məlumatına görə, Çelyabinskdə saxlanılan miqrantlar Rusiyadan deportasiya edilmək üçün təcridxanaya salınıb. Qanunsuz olaraq ölkə ərazisində yaşadıqlaı üçün saxlanılan qafqazlıların qaçması faktı üzrə araşdırma başlanılıb. Hər iki şəxs barəsində axtarış elan edilib.



Rusiya rəsmi orqanları Çelyabinskdə baş verənləri şərh etməkdən imtina ediblər. Bu cür hadisələr artıq birinci dəfə deyil. Belə ki, ötən il ərzində də anoloji hadisələr baş verib. 2014-cu il ərzində iki Özbəkistan və daha iki Tacikistan vətəndaşı təcridxanadan qaçmağa müvəffəq olub.



Qeyd edək ki, Rusiyada qanunsuz yaşayan miqrantlara qarşı aparılan əməliyyatlar zamanı Çelyabinskdə 427 işəgötürən yoxlanılıb. Yoxlamalar zamanı əcnəbi işçilərin əməyinin qanunsuz yolla istismar edilməsi və RF ərazisində xarici vətəndaşların miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 945 fakt aşkar edilib.



Sözügedən yoxlamalar zamanı 180-dən çox xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiyadan çıxarılıb. 461 xarici vətəndaşa isə RF-yə giriş qadağan olunub.

Mənbə
ANS PRESS