Dünya

​Rusiyada 5 sərnişinin olduğu hava şarı qəzaya uğrayıb

Metbuat.az

Bakı. 14 mart. REPORT.AZ/ Moskva ətrafında içərisində 5 nəfər sərnişin olan hava şarı mobil rabitə operatorunun qülləsi ilə toqquşub.


“Report” xəbər verir ki, Rusiya

Daxili İşlər Nazirliyi

nin Moskva vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, hadisə Dmitrova şəhəri yaxınlığında baş verib.


Toqquşma nəticəsində ən azı 3 nəfər ciddi xəsarət alıb və hazırda xəstəxanaya yerləşdirilib.


Hadisənin səbəbləri araşdırılır.