Rusiya od püskürdü
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar tətbiq edərək Ukraynaya görə Moskvanı cəzalandırmaqla ABŞ-ın arzusunu həyata keçirir.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
O deyib ki, Avropa İttifaqının sanksiyalarına münasibətimiz hamıya yaxşı məlumdur: "Bu qanunsuz, qeyri-adekvat addımlar həm Rusiyanın, həm də Avropa İttifaqının iqtisadiyyatına neqativ təsir göstərir. Bu, sanksiyalar Avropa şirkətlərinin ticarət-iqtisadi fəaliyyətinə çox ciddi zərbə vurur. Çox təəssüf ki, Avropa İttifaqı Rusiya ilə münasibətlərdə konstruktiv siysət aparmır. Müstəqil siyasət aparmaq əvəzinə, Ukraynaya görə Rusiyanı cəzalandırmaq ideyasının icrasını yerinə yetirir.
A.Lukaşeviç vurğulayıb ki, sanksiyaların birtərəfli dayandırılması məhdudiyyət qoyan ölkələrin vicdanında qalır.
Mənbə
ANS PRESS