İqtisadiyyat
AZƏRTAC
Rövnəq Abdullayev: SOCAR Gürcüstanda hüquqi şəxslərə satdığı qazın qiymətini artırıb
Bakı, 7 mart,
AZƏRTACGürcüstan Hökuməti ilə aparılan danışıqlarda SOCAR-ın bu ölkədə kommersiya alıcılarına satdığı təbii qazın qiymətinin artırılması barədə razılıq əldə olunub.
AZƏRTAC
xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib. R.Abdullayev qeyd edib ki, qonşu ölkənin milli valyutası larinin dollara nisbətən məzənnəsi aşağı düşüb. Bu isə kommersiya itkilərinə səbəb olur. Bu səbəbdən də, SOCAR Gürcüstanda hüquqi şəxslərə satdığı qazın qiymətini artırıb.