İqtisadiyyat

Rövnəq Abdullayev: SOCAR Azərbaycanda ilk sıxılmış qaz stansiyasını apreldə istifadəyə verəcək

Metbuat.az

Bakı, 6 mart, Nihat Budaqov,

AZƏRTAC

SOCAR tərəfindən inşa edilən Azərbaycanda ilk sıxılmış qaz stansiyası (CNG Gas Station) apreldə istifadəyə veriləcək.


AZƏRTAC

xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib.


R.Abdullayev bildirib ki, "SOCAR-Petroleum" Qapalı Səhmdar Cəmiyyəti və tərəfdaşları tərəfindən artıq bir neçə stansiyanın tikintisi həyata keçirilir. Bakı və ətraf rayonlarda da bu tipli stansiyaların və "CNG" ilə işləyən avtomobillərə qulluq edən texniki xidmət bazaları tikiləcək. İlkin olaraq 6 stansiya istifadəyə veriləcək. Gələcəkdə isə həmin stansiyaların sayının artırılaraq ölkə üzrə hər 120 kilometrdən bir quraşdırılması nəzərdə tutulur.