Maraqlı
Videonu izləmək üçün şəklə klikləyin.
Rianna pijamada və çəkələkdə küçələri dolaşdı - VİDEO - FOTO
Dünyanın ən məşhur müğənnilərindən biri
Riannamoda ilə yanaşı, geyim qaydalarına laqeyd münasibəti ilə tanınır. O, istədiyi vaxt istədiyi yerə könlündən keçən geyimləri geymək və ətrafdakı insanların fikirlərini eyninə almamaqla məşhurdur.
Dünən də belə olub.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 27 yaşlı amerikalı müğənni dünən Nyu-Yorkun mərkəzindəki küçələri dolaşarkən onun əynində boz pijama, böyük ölçülü gödəkçə-palto, ayaqlarında isə çəkələk vardı.
"Mandarin Oriental" otelinin önündə paparassilərin qarşısına çıxan Riannanın ayağındakı corablar və çəkələklər reportyorların gülüşünə səbəb olub.
Müğənni Stiv Martin, Cim Parsons və Cennifer Lopeslə birlikdə obrazları səsləndirdiyi "The Home" animasiya filmi ilə bağlı sualları cavablamaq istəməyib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.