Maraqlı

Rianna "Dior"un siması oldu - FOTO

Metbuat.az
Məşhur müğənni, amerikalı Rianna "Dior" brendinin "Secret Garden" seriyasından olan 4-cü mini-filminin qəhrəmanı olub.
 
Bununla da 27 yaşlı müğənni bu layihədə çəkilmiş ilk qaradərili xanımdır.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, "Secret Garden"in çəkilişləri ənənəvi olaraq Paris yaxınlığındakı Versal Sarayında aparılıb.
 
Çəkiliş komandasında dəyişikliklər var. Əgər indiyədək 3 mini-filmi tanınmış fotoqraflar İnes van Lamsveerde və Vinod Matadin çəkmişdilərsə, budəfəki filmin müəllifi Stiven Klyayndır.
 
Milli.Az