Ölkə

Rezidentlər üçün mühazirələr təşkil olunur

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif ixtisaslar üzrə rezidentlər üçün mühazirələr təşkil olunur.


Səhiyyə Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, mühazirələr hər həftənin cümə günü, saat 14:00-da, xəstəxananın “Ç” korpusunun 6-cı mərtəbəsində auditoriya zalında keçirilir. Mühazirələr “LOR-orqanların xəstəlikləri zamanı konservativ və cərrahi müalicəyə göstərişlər”, “Tibdə və nefologiyada etika və deontologiyanın əsasları”, “Anesteziоlоji (cərrahi) riskin müəyyənləşdirilməsi” “Müxtəlif etiologiyalı komalar, insult” və digər mövzular ətrafında təşkil olunur.


Mühazirələrə bütün klinik bazaların rezidentləri dəvət olunurlar.