Ölkə
Rezidentlər kardiologiya üzrə mühazirələrə dəvət olunur
Bakı, 11 mart,
AZƏRTAC
Azərbaycan Kardiologiya Cəmiyyəti mart ayının 12-dən rezidentlər üçün mühazirələrə başlayır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, mühazirələr hər həftənin 2-ci və 4-cü günləri saat 17:00-dan 18:00-dək Mərkəzi Klinikanın inzibati binasında keçiriləcək.
Mühazirələrdə kardiologiya ixtisası üzrə təhsil alan bütün rezidentlərlə yanaşı, digər ixtisaslar üzrə rezidentlər də iştirak edə bilərlər.