İqtisadiyyat

Respublikamızda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mühüm layihələr həyata keçirilir

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) tədbir keçirilib.


Dövlət Agentliyindən

AZƏRTAC

-a bildirilib ki, tədbirdə çıxış edən ABOEMDA-nın sədri Akim Bədəlov Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadədə qazanılan uğurlardan danışıb. Respublikamızdakı alternativ və bərpa olunan enerji mənbələri hesabına mühüm layihələrin həyata keçirildiyini deyən A.Bədəlov həmin nəzərəçarpan inkişafın məhz Prezident İlham Əliyevin bu sahəyə olan xüsusi diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. O, respublikamızda ABOEM sahəsinin inkişafını daha da sürətləndirəcəyini, qarşıya qoyulan tapşırıqların, vəzifələrin icra olunmasını daha da təkmilləşdirəcəyinə əmin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.


Tədbirdə həmçinin, ABOEMDA-nın sədrinin müavinləri vəzifəsinə yeni təyin olunmuş Cəmil Məlikov və Nurəli Yusifbəyli də çıxış edərək onlara həvalə olunan vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaqlarını, dövlətimizin müvafiq sahə üzrə inkişafında öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər.