İqtisadiyyat
APA
Milli.Az
Rəis: "Azərbaycanda əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur"
"İstehlak bazarında həyata keçirilən intensiv nəzarət tədbirləri davam etdirilir"
Bu gün Azərbaycanda istehlak bazarında təqdim olunan əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur.
APA
-nın məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi
Zahid İsayevbildirib.
Z. İsayevin sözlərinə görə, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması ilə bağlı fevral ayının 21-dən etibarən istehlak bazarında həyata keçirilən intensiv nəzarət tədbirləri davam etdirilir.
Dövlət Xidmətinin rəisi bildirib ki, aparılan monitorinqlər göstərir ki, bu gün əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur və qiymətlər stabildir.
Milli.Az