İqtisadiyyat
“Rabitəbank” müştərilərinə 2 faizədək güzəşt imkanı yaradır
Bakı, 6 mart,
AZƏRTAC“Rabitəbank” ASC istehlak və mikro krediti ABŞ dollarda olan, ödənişlərdə çətinlik çəkən müştərilərinə kredit müddətinin uzadılması və kredit üzrə 2 faizədək güzəştin edilməsi imkanı yaradır.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, dollarla kredit götürən müştərilərin ödənişlərində çətinliklərin qarşısını almaq üçün yeni ödəniş müddəti və ödəniş cədvəli ödəniş məbləğinin manat ekvivalenti ilə əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq. Bu güzəştdən faydalanmaq üçün krediti ABŞ dollarında olan müştərilər kredit aldıqları “Rabitəbank” filiallarına müraciət etməlidirlər.
Ətraflı məlumatı bankın “133 Məlumat Mərkəzindən əldə etmək olar.