Ölkə

Quba sakini telekommunikasiya peykinə bənzəyən səməni cücərdib

Metbuat.az

Quba, 16 mart, Elxan Yusifli,

AZƏRTAC

Quba rayonunun Amsar kənd sakini Şamil Mustafayev qeyri-adi formaya malik səməni cücərdib. Üç metr hündürlüyündə olan səməni telekommunikasiya peykini xatırladır.


Şamil Mustafayev

AZƏRTAC

-a bildirib ki, səməninin hazırlanması üçün bir ay vaxt sərf edib. İnsanların marağına səbəb olan Novruz atributunun diametri 1 metrə yaxındır.


Tikinti sahəsində mütəxəssis kimi çalışan 50 yaşlı Şamil Mustafayev artıq yeddi ildir ki, müxtəlif formalı səmənilər hazırlamaqla məşğuldur. Hər il Novruz bayramı öncəsi ona qeyri-adi formaya malik səmənilərin cücərdilməsi üçün sifarişlər verilir.