Texnologiya

Qualcomm səhmləri geri alır

Metbuat.az

Dünyanın aparıcı çip istehsalçısı Qualcomm şirkəti 15 milyard dəyərində səhmlərini geri alaraq rüblük dividendlərini artırır.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət 12 ay ərzində 10 milyard dəyərində səhmləri geri almaq niyyətindədir. Bu səhmlərin qiyməti dünən keçirilən birja ticarətlərində 2,6 faiz artaraq 74,60 dollara çatıb.
 
Qualcomm şirkəti eyni zamanda rüblük dividendlərini artıraraq 42 sentdən 48 sentə çatdırıb. Şirkətdən verilən rəsmi məlumata əsasən, yeni gerialma planı əvvəlki 2,1 milyard dollar avtorizasiya bərpa proqramını dəyişəcək.
 
Şirkət keçən ilin mart ayında gerialma planının həcmini çoxaldaraq 2,8 milyard dollardan 7,8 milyard dollara çatdırıb.
 
Qualcomm keçən ilin sentyabrına kimi, səhm sahiblərinə 7,1 milyard dollar qaytarıb ki, bu da 93 faiz sərbəst gəlirə bərabərdir.
 
Milli.Az