Maraqlı

Qrafendən avtomobil hazırlandı - FOTO

Metbuat.az
Bu yaxınlarda kəşf edilmiş qrafen materialı təmiz karbondan hazırlanmış və cəmi bir atom qədər qalınlığı olan təbəqədir. Sınaqlarının lap təzəlikcə başlanmasına baxmayaraq süni yolla alınmış maddə dərhal öz tətbiqini tapmışdır. Arı şanı kimi düzülmüş çoxsaylı atomlar inanılmaz dərəcədə yüngül, elastik və möhkəm material əmələ gətirir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, İspaniyanın Spania GTA şirkətinin yeni GTA Spano modelinin hazırlanmasında məhz bu materialdan istifadə edilib. Şirkət bildirir ki, onların niyyətlərinin həyata keçirilməsində qrafen istehsalı ilə məşğul olan azsaylı şirkətlərdən biri - Graphenano yardım edib. Materialdan harada mümkündürsə orada istifadə edilib. Şassi, korpus, mühərrik və hətta interyer qrafendən hazırlanıb.
 
Yeri gəlmişkən, yeni texnologiyadan istifadə edərkən avtoistehsalçı yeni GTA Spano modelində digər yenilikləri də yaddan çıxarmayıb. Yeni GTA Spano modelinin xarici görkəmi həm qabaq, həm də arxa hissədən dəyişikliyə məruz qalıb. Yeni ispan superkarın faraları və təkərləri yenilənib, yeni kabinə isə əvvəlkindən açıq-aşkar fərqlənir.
 
8,3 litrlik V10 turbomühərrik əlavə 25 a.g. və 250 Nm fırlanma anı qazanıb. 0-100 km/saat sürətlənməni GTA 2,9 saniyəyə həyata keçirir və maksimum saatda 370 km sürətlə hərəkət edə bilir.
 
Milli.Az