Ölkə
ANS PRESS
Qiymətlərlə bağlı danışıq aparılır
"Azərbaycan Dəmir Yolları" QSC sərnişin daşımaların qiymətini aşağı salmaq üçün danışıqlara başlayıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən ANS PRESS-ə verilən məlumata görə, Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, 11 mart 2015-ci ildən Dəmir yolunda beynəlxalq sərnişin daşımalarında İsveçrə frankına uyğun tənzimlənən tariflər uyğun olaraq dəyişdirilib. Məhz bunu görə qiymətlər təxminən 25% artıb.
Bununla əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" QSC "Rusiya Dəmir Yolları" ASC-yə və Gürcüstan Dəmir Yollarına bexnəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət edib.
Yaxın günlərdə qiymətlərin endirilməsi məsələsi həll ediləcək.
MənbəANS PRESS