İqtisadiyyat

Qısamüddətli notların yerləşdirilməsi üzrə keçirilən hərrac baş tutmayıb

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan məbləği 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil edilib.


BFB-dən

AZƏRTAC

-a bildiriblər ki, hərrac zamanı birja üzvləri tərəfindən sifarişlər təqdim olunmadığı üçün hərrac baş tutmayıb.