İqtisadiyyat
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 11 mart,
AZƏRTACBakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən
AZƏRTAC-a bildiriblər ki, notun ümumi məbləği 30 milyon manat, bir notun nominal dəyəri 100 manat, hərraca çıxarılan məbləği 5 milyon manatdır. Tədavül müddəti 28 gün olan notlar aprelin 8-də ödəniləcək.