Dünya

"Qəzaya uğrayan təyyarənin pilotu kabini tərk etmişdi"

Metbuat.az
"Fransada çərşənbə axşamı qəzaya uğramış təyyarənin pilotu düşmə zamanı kabində olmayıb və ora qayıda bilməyib". Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
 
Tapılmış "qara yeşiklər" bunu deməyə əsas verir. Mutəxəssislərin dediyinə görə, yazılar kişinin kabinin qapısını döydüyü və cavab almadığı barədə məlumat verir.
Yazıda "o qapını necə sındırmağa çalışdığını eşitmək olar".
 
Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Milli.Az