Dünya

Qəzaya düşən təyyarənin ilk görüntüləri (VİDEO, FOTO)

Metbuat.az

"Germanwings" avia şirkətinə məxsus Airbus A320-i təyyarəsinin qəzadan sonra qırıntılarının ilk görüntüləri yayılıb.



ANS PRESS-in məlumatına görə, hazırda xilasedicilər hadisə yerində çalışır.



Təyyarənin ən böyük qırıntılarının minik avtomibili ölçüsündə olduğu bildirilir.



"Airbus A 320" təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub.



Məlumata görə, qəzadan öncə təyyarə həyəcan siqnalı göndərib.



Qeyd edək ki, "Airbus A 320" təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Sərnişin təyyarəsində 2 pilot, 4 ekipaj üzvü və 142 sərnişin olub. Təyyarə ucuz bilet satan və Lufthanzanın alt markası olan "Germanwings" adlı hava yolu şirkətinə aiddir. Təyyarə 1991-ci ildə istehsal olunub.











Mənbə
ANS PRESS