İqtisadiyyat
Qələbə kinoteatrının qarşısındakı dairədə genişləndirmə işlərinin mart ayı ərzində yekunlaşması gözlənilir
Bakı, 18 mart,
AZƏRTACPaytaxtda Qələbə kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev
AZƏRTAC-a bildirib ki, həmin ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır.
Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək. İşlərin mart ayı ərzində yekunlaşması gözlənilir.