İqtisadiyyat
“Qələbə” dairəsinin diametri dəyişdirilir
Bakı, 10 mart,
AZƏRTACBir müddət əvvəl hərəkətin istiqamətində dəyişiklik edilən “Qələbə” dairəsinin diametrinin kiçildilməsi istiqamətində işlər həyata keçirilir. Dairənin kiçildilməsi hesabına həmin ərazidə hərəkət zolaqlarının sayını artırmaq mümkün olacaq.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, bu, hərəkətin buraxma qabiliyyətini artırmaqla yanaşı, həmin ərazidəki sıxlığın aradan qaldırılmasına da xidmət edəcək. Hazırda dairədə aparılan işlər nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət qoyulmadan yerinə yetirilir.