Ölkə

Qəbələdə növbəti yaşıllaşdırma aksiyası çərçivəsində 1700 ədəd ağac əkilib

Metbuat.az

Qəbələ, 17 mart,

AZƏRTAC

Qəbələ rayonunda idarə və təşkilat kollektivlərinin iştirakı ilə növbəti yaşıllaşdırma aksiyası keçirilib.


AZƏRTAC

xəbər verir ki, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən ağacəkmə aksiyası zamanı rayonun park və bağlarına, sosial obyektlərin ətrafına, kənd yaşayış məntəqələrinə, Qəbələ-İsmayıllı, Qəbələ-Oğuz və Qəbələ-Ağdaş avtomobil yollarının kənarına 1700 ədəd tuya, katalpa, çinar, qovaq və ağcaqayın ağacı əkilib.


Qeyd edək ki, son üç ayda rayonda keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 10 mindən artıq ağac tingi əkilib.