Ölkə

Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib

Metbuat.az

[ 16 Mart 2015 23:01 ]



Bakı – APA. Nursultan Nazarbayev Beybit İsabayevi Qazaxıstanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib.

APA-nın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti xəbər verib.

Qeyd edək ki, bundan əvvəl B.İsabayev Qazaxıstanın Qırğızıstan Respublikasındakı səfiri vəzifəsini tutub.