Qazax rayon sakinində narkotik vasitə aşkar olunub
Bakı, 10 mart,
AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının martın 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xanbaba oğlu Vəliyevin üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılmış ümumi çəkisi 7,37 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
BŞBPİ-dən
AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin “VAZ 21 07” markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq ümumi çəkisi 8 kiloqram 10 qram qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı toplanmış materiallar BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir.