Dünya
Qatarlar toqquşdu: 40 yaralı, 5 ölü
Taylandda ağır dəmiryol qəzası baş verib.
Paytaxt Banqkokdan şimal istiqamətdə hərəkət edən sərnişin qatarı Banqkokdan 60 km aralıda, Ayutthayya vilayətində şəhərdən bir qədər əvvəl çıxmış qatarın son vaqonuna çırpılıb.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, qatarların toqquşması nəticəsində 40 nəfər yaralanıb. Yaralıların 7 nəfərinin vəziyyətinin kritik olduğu vurğulanır.
Son məlumatlara görə, qəzada 5 nəfər həlak olub.
Milli.Az