Ölkə

Qadının üstünə qaynar su töküldü, öldü

Metbuat.az

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlkin İzzət/

Qaradağda üstünə qaynar su tökülmüş qadın ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Tərgül Eyvazovanın üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilmiş T.Eyvazova martın 6-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az