Dünya

Putinə qarşı "supergüc" yaradılır

Metbuat.az
Avropa ölkələri birlikdə müdafiəyə Rusiyadan daha çox pul xərcləyir

Avropa Komissiyasının sədri

Jan Klod Yunker

vahid Avropa ordusunun yaradılması təklifini irəli sürüb.



Anspress

-in məlumatına görə, Almaniyanın "Die Welt" qəzeti bildirib ki, Avropa Komissiyası sədrinin fikrincə, həmin ordudan, əgər bu ideya gerçəkləşərsə, o cümlədən Rusiyanın yaratdığı təhlükələrin də öhdəsindən gəlmək üçün istifadə oluna bilər.



Aİ-nin vahid ordusu Yunkerin fikrincə, vahid ümumi xarici siyasətin qurulmasında və Avropa təhlükəsizlik siaysətini bütün dünyada həyata keçirməyə imkan verəcək.



Jan Klod Yunker hesab edir ki, Avropa Ittifaqı bu addımla öz dəyərlərinin müdafiəsində möhkəm dayandığını Rusiyaya anlada bilərdi.



Yunker ilə Bundestaqın Xarici İşlər üzrə komitəsinin sədri

Norbert Rötgen

də razılaşıb və "Vahid Avropa ordusunun yaradılması barədə düşünmək vaxtı çatıb" deyib.



O bildirib ki, Avropa ölkələri birlikdə müdafiəyə Rusiyadan daha çox pul xərcləyir, lakin bir neçə kiçik ordunun saxlanmasına pullar səmərəsiz xərclənir. Bu fikri Almaniyanın müdafiə naziri

Ursula von der Leyen

də dəstəkləyib.



Milli.Az