Dünya

Putinə "dost" sürprizi

Metbuat.az

Almaniyanın kansleri Angela Merkel Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümündə iştirak etmək üçün Moskvaya gələcək.



ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib.



O, qələbə bayramı ilə əlaqədar keçirilən müşavirədə deyib ki, qarşıdan gələn tarix çox əhəmiyyətlidir və prezident Vladimir Putin bayram şənliyinə hazırlığa şəxsən nəzarət edir.



XİN rəhbərinin sözlərinə görə, Qələbə günü münasibətilə Moskvada baş tutacaq tədbirlərə qatılmaq üçün 26 dövlət lideri, həmçinin YUNESKO və Avropa Şurası razılıq verib. Onların arasında Koreya Xalq Respublikasının, Hindistanın və CAR prezidentləri də var.



S.Lavrob xüsusi vurğulayıb ki, Almaniya kansleri Angela Merkel də Moskvaya gəlməyə qərar verib. Hansıki, o, daha əvvəl bildirirdi ki, Qələbə paradını canlı izləməyi planlaşdırmır: "Təbii ki, onun razılıq verməsi anyi-Rusiya kampaniyasının dayandırılması üçün xüsusi önəm daşıyır. Hazırda xanım kanslerin tədbirlərdə iştirakının konkret parametrləri dəqiqləşdirilir."

Mənbə
ANS PRESS