Dünya

Putin haqda şayiəni belə yalanladılar

Metbuat.az

Rusiya prezidenti

Vladimir Putin

martın 16-da Sankt-Peterburqda Qırğızıstan prezidenti

Almazbek Atambayev

i qəbul edəcək.



APA

-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.



Məlumatda bildirilir ki, yüksək səviyyəli danışıqlarda ikitərəfli əməkdaşlığın mühüm məsələləri, əsasən ticarət-investisiya, mədəni-humanitar və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq: “Qırğızıstanın Avrasiya İttifaqına qoşulması kontekstində qarşılıqlı fəaliyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq”.



Qeyd edək ki, son günlər V. Putinin mediada görünməməsi ilə əlaqədar müxtəlif şayiələr yayılıb.



Milli.Az