Dünya

Putin güzəştə gedir?

Metbuat.az

Moskva tərəfindən dəstəklənən qondarma Donetsk və Luqanks Xalq respublikları Kiyevə ölkənin yeni Konstitusiyasının hazırlanması üçün vahid komissiya yaradılmasını təklif ediblər.



ANS PRESS-in məlumatına görə bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri xəbər yayıb.



Qəzetin yazdığına görə, separatçıların lideriləri bildiriblər ki, 2015-ci il fevralın 12-də imzalanmış Minsk razılaşmasında Ukraynada Konstitusiya islahatının keçirilməsi nəzərədə tutulub. Bu islahatlar Ukraynanın “mərkəzsizləşdirilməsinə” xidmət etməlidir. Bundan sonra iki separatçı rejim və Kiyev Konstitusiya qanunvericiliyini vahid şəkildə icra etməlidirlər.



Separatçı liderlərin bu təklifinə Ukrayna rəhbərliyi hələ cavab verməyib.



Mənbə
ANS PRESS