Ölkə

Professor Yavuz Akpınar: 31 mart soyqırımı bəşəriyyətə qarşı törədilmiş hərbi cinayətdir

Metbuat.az

İstanbul, 31 mart,

AZƏRTAC

Azərbaycanlıların 1918-ci il martın 31-də ermənilər tərəfindən məruz qaldıqları soyqırımı bəşəriyyətə qarşı törədilmiş hərbi cinayətdir.


Bu fikri

AZƏRTAC

-a müsahibəsində türkiyəli professor Yavuz Akpınar 1918-ci il hadisələrinin dəhşətlərindən bəhs edərkən söyləyib.


Y.Akpınar deyib: “Erməni silahlı birləşmələrinin Azərbaycanda törətdikləri soyqırımlarının bir daha təkrarlanmaması üçün daha güclü, daha mübariz olmalıyıq. Təəssüf ki, dünyada kim güclüdürsə, haqq da onun tərəfindədir. Biz isə əl-ələ verib daha da güclənməliyik ki, haqlı olduğumuzu göstərək”.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul