Ölkə

Prezidentdən həmkarına təbrik

Metbuat.az

Prezident İlham Əliyev Yunanıstan Respublikasının prezidenti Prokopis Pavlopulosanı təbrik edib.



ANS PRESS-in məlumatına görə, təbrik məktubunda deyilir:



"Hörmətli cənab Prezident,



Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.



İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.



Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah diləyirəm", - deyə məktubda qeyd edilib.

Mənbə
ANS PRESS