Dünya
Prezident xanımı al geyindi - FOTO
Meksika prezidenti Enrike Penya Nyeto Britaniyada rəsmi səfərdədir.
O, Britaniyanın baş naziri Devid Kemeronla görüşərək danışıqlar aparandan sonra Bukinhem sarayında kraliça 2-ci Yelizavetanın qəbulunda olub.
Milli.Az The Guardian-a istinadən bildirir ki, kraliça 2-ci Yelizaveta Meksika prezidenti, 48 yaşlı E.Nyeto və onun xanımı, 45 yaşlı Ancelina Rivyeranın şərəfinə təntənəli nahar verib. Naharda A.Rivyera al-qırmızı paltarda idi.
Nahardan sonra Meksikanın dövlət başçısı Britaniyanın baş nazirinin müavini Nik Kleqq və ölkə parlamentinin İcmalar Palatasının sədri Con Versovla danışıqlar aparıb.
Britaniya mediası yazır ki, Ancela Rivyera Bukinhem sarayındakı təntənəli nahara al-qırmızı paltarda qatılmış ilk birinci xanımdır.
Milli.Az