Dünya

Prezident hücum səbəbini açıqladı

Metbuat.az

Yəmən prezidenti ötən gün Ədəndəki iqamətgahına edilən hücumla bağlı fikirlərini bildirib.



ANS PRESS-in məlumatına görə, Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi prezident iqamətgahına edilən hücumu çevrilişə cəhd kimi qiymətləndirib. Bu barədə respublika başçısı tərəfindən yaylıan bəyanatda qeyd edilir.



“Hakimiyyəti silahla ələ keçirmək cəhdləri müvəffəqiyyətsizliklə başa çatdı. Gücum keçmiş rejimin fəalları tərəfindən törədilə bilər”, - deyə bəyanatda deyilir.



Xatırladaq ki, martın 19-da Yəmən prezidentinin Ədəndəki iqamətgahına hərbi təyyarə ilə hücum edilib. Ölkə prezidenti həmin vaxt binada olsa da təhlükəsiz yerə çıxarılıb. Daha sonra təhlükəsizlik qüvvələri təyyarəni atəşə tutaraq zərərsizləşdiriblər.

Mənbə
ANS PRESS