Ölkə

Prezident AŞPA-nın məruzəçisini qəbul etdi

Metbuat.az

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Valteri qəbul edib.

Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla AŞ arasında əməkdaşlığın inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.