Maraqlı

Premial Citroen - FOTO

Metbuat.az

PSA Peugeot Citroen qrupu Cenevrə avtosalonunda premial DS5 heçbekini təqdim edib. Model yeni xarici görünüş, daha zəngin təchizat və modernizə edilmiş mühərrik sırası əldə edib və həmçinin adında Citroen brendindən imtina edib.

 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, beşqapılı yeni model mərkəzində DS emlemi yerləşdirilmiş torvari radiator barmaqlığı, işıqdiod gündüz hərəkət işıqları ilə birgə ksenon əsas işıq faraları, DS3 modelində olduğu kimi “qaçan” dönmə siqnal işıqları, faraların yuxarı hissələrini şüşələnmənin qabaq yan seksiyası ilə birləşdirən xromlanmış “qılınclar”, həmçinin yeni arxa fənərlər və modernizə edilmiş arxa bamperlə xaricetmə boruları əldə edib.
 
DS5 salonu 12 fiziki düymə və dəyişdiricini ləğv etməyə imkan verən sensor ekranlı yeni multimedia sistemi ilə təchiz edilib. Heçbekin təchizatına həmçinin öz-özünə tutqunlaşan arxa görünüş güzgüsü, yaddaş və massaj funksiyalı ön kürsülər, fon işıqlandırması, iki zonalı klimat-kontrol, Denon audiosistemi, salona açarsız daxilolma və mühərriki işə salma funksiyası, proyeksiya displeyi və qızdırılan yan güzgülər də daxildir.
 
Yenilənmiş DS5 çoxsaylı elektron köməkçilər və aktiv təhlükəsizlik sistemləri, o cümlədən görünməyən zonalara nəzarət sistemi, öz-özünə uzaqvuran işıqdan yaxın işığa və əksinə dəyişə bilən adaptiv əsas işıq faraları, “ağıllı” trəkşn-kontrol, arxa görünüş kamerası, yoxuşa qalxmaq üçün yardımçı sistem, sabitliyə elektron nəzarət sistemi və hərəkət zolağının saxlanılmasına dəstək assistenti əldə edib.
 
Kapotun altında ən yeni PSA mühərrikləri yer alıb. Bu sıraya THP 165 (165 a.g. və 240 Nm) benzin mühərriki, dizel BlueHDi 120 (120 a.g. və 300 Nm), daha güclü BlueHDi (180 a.g. və 400 Nm) və tam ötürməli dizel-elektrik güc qurğusu (163 at güclü dizel və 37 güclü elektrik mühərriki) daxildir.
 
Milli.Az