İqtisadiyyat

“Petlim” konteyner limanına ilk gəmi oktyabrda yanaşacaq

Metbuat.az

Bakı, 10 mart, Nihat Budaqov,

AZƏRTAC

Türkiyənin üçüncü, Egey bölgəsində isə ilk böyük liman olan “Petlim”in inşası iyulun sonlarında tamamlanacaq. Oktyabrda isə limana ilk gəmi yanaşacaq.


AZƏRTAC

xəbər verir ki, bu barədə “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud məlumat verib. O bildirib ki, dəniz dərinliyi 16 metrə çatacaq “Petlim” konteyner limanının inşasının 70 faizi tamamlanıb. Hazırda sahil boyunca 310 metr uzunluğunda dalğaqıranın tikintisi davam etdirilir.


Qeyd edək ki, ilkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.