Dünya
Peskov: “Putinin Ermənistana səfərinin tarixi müəyyənləşdirilir”
[ 19 Mart 2015 13:42 ]
Bakı – APA. Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri aprelin 20-dən sonra baş tuta bilər.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hazırda səfərin tarixinin müəyyənləşdirildiyini bildirib.
“Həqiqətən də səfərlə bağlı məsələ gündəlikdədir. Səfər hazırlanır və müzakirə olunur”, - deyə o vurğulayıb.
Peskov bildirib ki, səfərin vaxtı təsdiqlənən kimi ictimaiyyətə əlavə məlumat veriləcək.