Texnologiya

PayPal yeni şirkət aldı

Metbuat.az

PayPal onlayn ödəmə sistemi İsrailin CyActive startapını satın alıb.

 
CyActive şirkəti 2013-cü ildə İsrail Müdafiə Ordusunun kəşfiyyat bölməsində xidmət etmiş və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış keçmiş əməkdaşları tərəfindən təsis edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, CyActive startapı zərərli proqram təminatı inkişafını və gələcək kiberhücumların istiqamətini proqnozlaşdıran alqoritmlər hazırlayır. CyActive şirkətinin müştəriləri arasında İsrailin böyük şirkətləri yer alır.
 
Razılaşmanın dəyəri 60 milyon dollar təşkil edib.
 
Milli.Az