İqtisadiyyat

PAŞA Bank veb-saytın yeni versiyasını istifadəyə verib

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Azərbaycanın ən iri banklarından biri PAŞA Bank rəsmi veb-saytın yeni versiyasını istifadəyə verib.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, sayt beynəlxalq standartlara uyğun olaraq hazırlanıb, məzmununa görə optimallaşdırılıb və istifadədə maksimum rahatdır. Veb-saytın yeni versiyası müştərilərlə əlaqənin güclü aləti qismində çıxış edir və PAŞA Bank tərəfindən təklif olunan bütün məhsul və xidmətlər üzrə dolğun informasiyanı təqdim edir. Sayt Azərbaycanın son illər ərzində makroiqtisadi və maliyyə göstəricilərini, ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə statistik məlumatları və müştərilərə və investorlara tələb olunan digər informasiyanı əks etdirir.


Bankın yeni müştəriləri saytda “İnternet bank” xidmətindən yararlana, son yeniliklərlə və PAŞA Bankın maliyyə göstəriciləri ilə, cari tarix olan valyuta məzənnələri ilə və sair məlumatlarla tanış ola bilərlər. Rahat mobil versiya, həmçinin qonaqlara mobil qurğular vasitəsilə yeni saytın üstünlüklərindən yararlanmaq imkanını verir.


PAŞA Bankın yeni veb-saytı Instinctif Partners (Böyük Britaniya) və MediaDesign (Azərbaycan) şirkətləri tərəfindən hazırlanıb.