Dünya
Pakistan qoşunlarını Yəmən üsyançıları ilə mübarizəyə göndərəcək
[ 31 Mart 2015 06:53 ]
Bakı-APA. Pakistan hakimiyyəti Yəməndə şiə üsyançıları-husilər ilə mübarizəyə qoşun göndərmək niyyətindədir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.
Rəsmi İslamabadın nümayəndəsinin açıqlamasına əsasən, hərbçilər husilər qarşı mübarizə aparan koalisiyaya qoşulmaq üçün Səudiyyə Ərəbistanına göndəriləcək.
Qeyd edək ki, bundan əvvəl Pakistan Yəməndən 500 vətəndaşını təxliyə edib.