Dünya

Pakistan husilərə qarşı çıxdı

Metbuat.az

Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə hər hansı təhlükə yaranarsa Pakistan buna sərt cavab verəcək.



ANS PRESS-in məlumatına görə, bunu Pakistanın baş naziri Nəvaz Şərif bildirib.



O, İslamabadda hökumətin ötən gün keçirilən iclasında deyib ki, Pakistanın Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası ilə sıx qardaşlıq münasibətləri var və onların təhlükəsizliyinə böyük əhəmiyyət verir.



İclasda qərara alınıb ki, martın 27-də Səudiyyə Ərəbistanına yüksək səviyyəli nümayəndə heyəti getsin və vəziyyəti dəyərləndirsin.



Xatırladaq ki, Səudiyyə Ərəbistanı Pakistandan Yəməndəki husi silahlılarına qarşı Körfəz koalisiyasına qoşulmağı təklif edib. Hökumətin iclasında da bu məsələ də müzakirə olunub.





Mənbə
ANS PRESS