Ölkə

Ordumuz İrəvanı qorxutdu

Metbuat.az

Azərbaycanın 2010-2014-cü illər üzrə Avropanın ikinci ən çox silah alan ölkəsi olması Ermənistanda ciddi narahatlıq doğurur.



ANS PRESS-in məlumatına görə, məsələyə diqqət yetirən erməni jurnalistlər qitə üzrə alınan silahların yalnız 4 faizinin Ermənistanın payına düşməsinə diqqət yetirib. Stokholm beynəlxalq sülh problemlərinin tədqiqatı institutunun (SIPRI) dərc etdiyi məruzəyə görə isə həmin illərdə Avropada satın alınan silahların məhz 13 faizinin Azərbaycan Silahlı Qüvvələrinin payına düşüb. Azərbaycan yalnız analoji göstəricisi 14 faiz olan Böyük Britaniyadan geri qalır.



Erməni şərhçi Akop Badalyan Rusiya tərəfindən Ermənistana verilən həmin 4% silahın da Moskvanın əmri olmadan atmayacağını bildirir. “Rusiyanın Ermənistana bərabər qiymətli silah verməsi barədə deyilənlər tam bir blefdir. Rusiya Ermənistana silah göndərir, amma onlar Ermənistanda dislokasiya olunan 102-ci Rusiya hərbi bazasına yerləşdirilir. Yəni Rusiyanın istəyi olmadan həmin silahlar atmayacaq”, - deyə şərhçi vurğulayır.


Mənbə
ANS PRESS